Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin vəziyyəti get-gedə daha da çətinləşir. Belə ki, atrıq bir neçə aydır ki, baş qaldırmış istefaların bu gün də davam etməsi, yəni ardıcıl xarakter alması Əli Kərimlinin amansız düşməninə çevrilmiş Razu Nurullayevi həvəsləndirir və o, sabiq "liderinə" növbəti zərbələr vurmağa hazırlaşır.
Artıq görünən məsələlərdən biri də budur ki, onun ümidi yalnız öz yaxın ətrafına və "Azadlıq" qəzetinə qalıb. Ancaq son günlər, xüsusilə AXCP-nin qurultayı ərəfəsində onun daha iki müavininin də partiyadan gedəcəyi barədə yayılan fikirlər Kərimlini narahat etməyə başlayıb.
Lakin bu gün Əli Kərimlidən üz döndərənlər yalnız ətraf deyil, eləcə də mətbuatdır. Bu gün siyasi mətbuatın bir çoxu məhz Əli Kərimlinin düşdüyü çətin vəziyyətdən, onun iflasa uğramasından yazır ki, bütün bunlar onun, həqiqətən də dalana dirənməsinin göstəricisidir. AXCP sədri isə yalnız "Azadlıq" qəzetinə müsahibə verərək, demək olar ki, özü-özü ilə sual-cavab oyunu oynayır. Çünki "Azadlıq" qəzetinə rəhbərliyi, baş rekadtoruluğu da özü edən Kərimli həm də bu qəzetdə jurnalistlik fəaliyyəti də göstərir. Özü də müxtəlif adlar və psevdonimlərlə.
Beləliklə, AXCP sentyabrın 27-nə qurultay təyin edib. Son aylarda ciddi böhran yaşayan, yüzlərlə üzvün istefa verdiyi qurumun qurultayının səssiz keçəcəyi inandırıcı görünmür. Artıq indidən bəzi iddialar meydana çıxıb. Belə ki, həmin tarixdə hazırkı partiya Kərimlinin növbəti dəfə namizədliyini irəli sürəcəyi təqdirdə, funksionerlərin bir çoxunun istefa verəcəyi deyilir. Qurultay günü ilə bağlı da ciddi iddialar var. Məhz həmin tarixin Razi Nurullayevin rəhbərlik etdiyi yeni AXCP-nin sentyabrın sonu, oktyabrın əvvəllərindəki qurultayını qabaqlamaq məqsədilə təyin olunduğu bildirilir.
Digər tərəfdən, Əli Kərimlini dalana sıxan daha bir məsələ onun sədrliyə verəcəyi namizədliyi ilə bağlıdır. Məsələn, Kərimli sədrliyə namizədliyini verməməlidir. Əgər o, növbəti dəfə namizədliyini verib seçilsə, onun və tərəfdarlarının demokratiyadan danışmağa mənəvi haqları olmayacaq. Çünki hər zaman uduzub. Uğursuz siyasətçinin təzədən partiya sədri olması mümkün deyil.
Bu arada onun amansız düşməni Razu Nurullayev də pis deməyib. Sitat: "Əli Kərimlinin demokratlıq iddiası artıq hər kəsdə gülüş doğurur. İnanmıram ki, o, itmiş nüfuzunu bərpa etsin...".
Bəli, bu, artıq kifayət qədər öz təsdiqini tapmış bir reallıqdır. Yaxşı olardı ki, Əli Kərimli sıxışdığı dalandan bir deşik açıb, oadan qaçsın. Yoxsa, ayaqlar altında qalıb əzilmək təhlükəsindən yaxa qurtara bilməz.