16 yaşlı cariyə: “Məni kəmərlə döyürdü və ...” VİDEO

10 Sentyabr 2015 17:26 (UTC+04:00)

İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin cariyəsi olmuş Zeynat adlı 16 yaşlı qadın terrorçunun yanında yaşadığı müddətdə başına gətirilən dəhşətlərdən danışıb. SİA bildirir ki, onlar əsir götürüldükdən sonra bazardan satın alınaraq məhz Əl-Bağdadiyə qulluq üçün aparılıblar: "Mənimlə dəhşətli rəftar edirdi. Qardaşlarımı və atamı öldürdülər. Anam və bacılarımla başqaları evləndi. Əl-Bağdadi özü komputerində mənə başı kəsilən insanları göstərdi".

Zeynat Əl-Bağdadinin onları kölə kimi saxladığı evin açarlarını taparaq qaçmağa macal tapıb: "Məni kəmərlə, su şlanqı ilə döyürdü. İŞİD-ə qoşulmağımı tələb edirdi. Yaşadığım dəhşət indi də məni qorxudur".