Aztəminatlı ailələr məktəb ləvazimatları ilə təmin edildi FOTOLAR

9 Sentyabr 2015 13:47 (UTC+04:00)

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) 2015-2016-cı il tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatları paylayıb. SİA-nın xəbərinə görə, məkətbli ləvazimatlarının paylanması ilə bağlı keçirilən tədbirdə çıxış edən Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov bildirib ki, BŞGİBİ artıq 9 ildir ki, aztəmiantlı ailələrə öz köməyini göstərir: "9 illik missiyasımızın davamı olaraq bu gündə aztəminatlı ailələrə məktəb ləvazimatları paylanacaq. Qurum adından ilk dəfə məktəbə gedən uşaqları təbrik edir, onlara yeni dərs ilində uğurlar arzu edirik".

Z. Əhmədov BŞGİBİ tərəfindən keçirilən bu kimi tədbirlərin davamlı olacağını qeyd edib.

Tədbirin davamında də ilk dəfə məktəbə gedən 150 uşağa məktəbli çantası və məktəb ləvazimatları paylanıb.