Ermənistanın rəsmi dairələri, eyni zamanda bu dairələrin təbliğatını qeyri-peşəkarcasına aparan erməni mediası bütün gücü və arsenalı ilə Azərbaycanın son hərbi təlimləri barədə hay-küy qaldırıblar. Ermənilər elə bağırırlar ki, sanki indi 2015-ci il yox, 1988-ci ildir və "tarixi torpaq" adlandırdıqları Dağlıq Qarabağa Ermənistanın yox, Azərbaycanın təcavüzü gözlənilir. Bu millət başını o qədər itirib ki, az qalır özünün qanunsuz əməllərini "beynəlxalq qanunlar"la malalayıb işğalçı olduqlarını unutdursun. Təbii ki, əgər beynəlxalq qanunlar yetərincə işlək vəziyyətdə olsaydı, ermənilər bu qələti etməzdilər. O bizik, hələ də inanırıq ki, BMT-nin 4 qətnaməsi işlək vəziyyətə gətiriləcək.. Düşünürük ki, nə vaxtsa BMT-nin "qeyrət damarı" qalxar və ermənilərdən Dağlıq Qarabağdan çıxmalarını tələb edər. BMT özünün qəbul etdiyi qətnamələrə belə sayqısızdırsa, onda vay ümidlərini hələ də bu təşkilata bağlayan dövlətlərin halına. Azdırmı BMT-nin aciz qaldığı problemlər: Fələstin, Kəşmir, Folklend (Malvin) adaları, Koreya yarımadası, Şimali İrlandiya, Kataloniya, Sudan, Əfqanıstan, Kipr, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya, İraq, Suriya, Donetsk...
Amma Azərbaycan BMT-ni idarə edənlərin düşündüklərindən fərqli siyasət yürütməyə başlayıb. Bu da ermənilərin yuxusunu ərşə çəkib. Hətta BMT-ni bu məsələdə ittiham da ediblər, beynəlxalq qurumu ciddi ölçülər götürməyə çağırıblar. Qudurğanlığa bax. 23 ildir bütün Qarabağı işğal altında saxlayır, hələ də ədalətli mövqedən danışır.
Azərbaycan Ordusunun irimiqyaslı təlimlərə başlaması Ermənistanın kürkünə birə salıb. Ermənistan ordusunun Tovuz, Qazax və Tərtər rayonlarında dinc əhaliyə qarşı sonuncu gülləbaranından sonra cavablarını misli ilə aldıqlarından bu dəfə səsləri xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan gəlir. Sarkisyanın Putinlə görüşünü də bu planın tərkib hissəsi hesab etmək olar. Bu barədə bir az sonra.
Əslində ermənilər "tarixi torpaqlarımız" deyə işğal etdikləri Dağlıq Qarabağın onlara aid olmadığını hamıdan yaxşı bilirlər. Amma erməni fahişəliyi, erməni xisləti, erməni həyasızlığı, başqa dövlətlərin arxasında gizlənib bizə diş qıcamaq vərdişi imkan vermir ki, münaqişə ədalətli həll olunsun. Bu faktı Ermənistan ordusunun qurucusu, general Norat Ter-Qriqoryanın verdiyi müsahibə də təsdiq edir. General Ermənistan-Azərbaycan sərhədində baş verənlərə eham vuraraq bildirir ki, "Azərbaycan ordusunun Ermənistanı atəşə tutması birbaşa təcavüzdür və BMT məsələyə yubanmadan müdaxilə etməlidir. Dağlıq Qarabağda baş verən atışmaları başa düşmək olar(?!), amma müstəqil Azərbaycanın suveren Ermənistana hərbi müdaxiləsinə beynəlxalq güclər dərhal cavab verməlidirlər, yoxsa Azərbaycanı saxlamaq mümkün olmayacaq".
Erməni general Dağlıq Qarabağda baş verənləri "başa düşmək olar" deyə izah etməyə çalışır. Yəni Dağlıq Qarabağ həqiqətən Ermənistan ordusu tərəfindən işğal olunub və Azərbaycanın təmas xəttində məlum hərəkətləri təbiidir.
Erməni saytları yazır: "Azərbaycan artıq güc nümayiş etdirməkdən çəkinmir, vəziyyəti açıq şəkildə müharibə variantına dəyişmək istəyindədir. Prezident Əliyev həmişə deyir ki, əgər danışıqlar nəticə verməsə, hərbi yol qaçılmaz olacaq. Əslində ATƏT-in Minsk qrupu fəaliyyətsizliyi Əliyevi bu addımı atmağa məcbur edir".
İrəvanda ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşü zamanı Serj Sarkisyan vəziyyətin kritik olduğunu deməklə bərabər, ATƏT-in baş verən hadisələrin təhqiqatını aparmaq üçün mexanizmi olmadığından şikayətlənib. Erməni prezidentin iştahasına görə, işğal altında saxladığı torpaqlar "beynəlxalq hüquqa söykənərək" Azərbaycanın "təcavüzündən" qorunmalıdır. Əlavə edib ki, əgər ATƏT-in hərbi birləşmələri olsaydı, belə kritik vaxtda təmas xəttinə yeridərdi. Əlbəttə, bu da Sarkisyan üçün pis arzu deyil.
A.Kaspşik Serj Azad oğlu Sarkisyana xatırladıb ki, ATƏT-in tərəflər arasında danışıqların aparılmasını təşkil etmək, monitorinq keçirməkdən başqa heç bir hüququ yoxdur. Hətta atışmaların kim tərəfindən başlandığını tədqiq etmək mexanizmi belə mövcud deyil.
Qayıdaq Sarkisyanın Moskvada Putinlə görüşünə. Ermənistan prezidenti (oxu: Stepanakert gədəsi) Putinlə görüşü zamanı acından ölən ermənilərdən, öz bədənlərini Avropada, Amerikada iki qəpiyə satıb Ermənistanda yaşayan qohum-əqrabalarına göndərən "köhnə peşə" sahiblərindən, ermənilərin xaricə axışmasından danışmaq əvəzinə Azərbaycan Ordusunun fəallaşmasından, yaxın günlərdə bütün Qarabağı azad etmək qorxusundan danışıb. Sərhəddə baş verən atışmalar barədə qısa danışan Sarkisyan söhbətin davamının Bişkekdə keçiriləcək Kollektuiv Təhlükəsizlik Təşkilatının (KTT) iclasında olacağını deməklə, əslində Putinə KTT çərçivəsində Ermənistanın təhlükəsizliyinin qorunmasının Rusiya tərəfindən bir öhdəlik olduğuna işarə vurub. Dolayısı ilə Putin Ermənistan-Azərbaycan sərhədində baş verənlərə biganə qalmamalı və Orduya Azərbaycan ərazisindəki hədəfləri vurmağı əmr etməlidir. Təbii ki, bu da erməni prezidentin yalnız ürəyindən keçənlərdir. Bir sözlə erməni "dığa"sı "rus ayısı"nı aldada biləcəyini düşünür.