Hərbçilərimiz beynəlxalq tədbirə qatılacaqlar

7 Sentyabr 2015 10:35 (UTC+04:00)

Sentyabrın 7-dən 11-dək Türkiyənin Marmaris şəhərində "Beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi" kursu, 18-dək Ankara şəhərində "Hərbi-Mülki əməkdaşlıq" kursu, oktyabrın 16-dək Çexiyanın Vişkov şəhərində Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı kursu, noyabrın 27-dək Britaniyanın Şrivenhem şəhərində hərbi İngilis dili kursu, dekabrın 18-dək Litvanın payaxtı Vilnüs şəhərində kiçik rütbəli zabitlər üçün qərargah kursu, sentyabrın 8-dən 16-dək Polşanın paytaxtı Varşava şəhərində NATO Standartlaşdırma kursu keçiriləcək. Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.