Yaşayış binasında yanğın

7 Sentyabr 2015 09:54 (UTC+04:00)

Nəsimi rayonunda 3 mərtəbəli yaşayış binasında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan 4 otaqlı mənzilin divarının və dam örtüyünün taxta konstruksiyaları 8 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.