Dərs ili əlaqədar qatarlara əlavə vaqonlar qoşulacaq

6 Sentyabr 2015 16:38 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişin daşımaları departamenti dərs ilinin başlanması ilə bağlı hazırlıq işləri görür. "Azərbaycan Dəmir Yolları" QSC-dən SİA-ya verilən məlumatda bildirilib ki, dərs ilinin başlanması ərəfəsində istər tələbələrin istər sakinlərin Bakıya gəlişinin sayı artır. Bununla əlaqədar olaraq vaqonlara texniki baxışlar həyata keçirilir. Regionlardan Bakıya gələn əhalinin sayı həmən müddət ərzində çox olduğu üçün qatarlara əlavə vaqonlar qoşularaq bu sıxlığın azalmasına imkan yaradılacaq.