Bakıda bir neçə marşrut xətdi dəyişdirildi

6 Sentyabr 2015 10:19 (UTC+04:00)

Bakıda bir sıra marşrut xətlərinə dəyişiklik edilib, həmin marşrutlardakı avtobusların hərəkət istiqaməyi dəyişib. Bununla belə daha 14 marşrut xəttində dəyişiklik gözlənilir. Bakıda bir sıra avtobus marşrutları dəyişdirilib. Dəyişiklik xətlərdə təkmilləşdirmə məqsədi ilə sakinlərin müraciətləri nəzərə alınaraq edilib. 62, 70 və 92 nömrəli marşrutlara fərqli ərazilər daxil edilib.

62 nömrəli marşrutda dəyişikliyə əsasən avtobusların hərəkəti Sabunçu qəsəbəsindan başlayaraq, Ziya Bünyadov prospekti və mövcud xətti ilə əks istiqamətə təyin edilib.

70 nömrəli xətt isə "Neftçilər" metro stansiyasından Elektrik qatarlarının Deposunadək və əks istiqamətdə olacaq.

92 nömrəli marşrut isə Yeni avtovağzaldan başlayaraq Memar Əcəmi metro stansiyası və əks istiqaməti Memar Əcəmi metro stansiyasından Asif Məhərrəmov küçəsi ilə təşkil edilib

Yaxın vaxtlarda isə "Baku Bus"-ın yeni avtobusları da, xətlərə buraxılacaq. Buna görə daha 14 maşrut xəttində dəyişiklik olacaq.