Obama Salmanın ürəyini 1 milyon dollarla aldı

4 Sentyabr 2015 18:06 (UTC+04:00)

İlk Vaşinqton səfərinə həyata keçirən Səudiyyə Ərəbistanın kralı Salman Əbdüləziz ABŞ Prezidenti Barak Obama ilə görüşəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə əsasən, görüş zamanı bölgədə baş verən hadisələr müzakirə olunacaq. "Nyu-York Tayms" qəzetinin verdiyi məlumata görə Obama Səudiyyə Ərəbistanın Kralı Salman Əbdüləzizin "ürəyini almaq üçün" 1 milyon dollar məbləğində silah ticarəti ilə bağlı müqavilə imzalayacaq.

Qəzet xəbəri dərc edərkən xüsusilə "ürəyini almaq" ifadəsindən istifadə edib.

Qeyd edək ki, bu Salman Əbdüləzizin taxta çıxdıqdan bu yana ABŞ-a ilk səfəridir. Vaşinqtona dünən çatan Əbdüləzizi ABŞ-in Xarici İşlər naziri Con Kerri qarşılayıb. Bölgədəki ən böyük rəqibi İranla bağlı narahatçılığını dəfələrlə dilə gətirən Əbdüləziz bu haqda Obama ilə danışıq həyata keçirəcək.