Hollandiya millisi uğursuzluqla üzləşib

4 Sentyabr 2015 16:08 (UTC+04:00)

Hollandiya millisi AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində bazar günü səfərdə oynacağı Türkiyə ilə qarşılaşma öncəsi uğursuzluqla üzləşib. SİA-nın məlumatına görə, "narıncılar"ın heyətində 3 əsas futbolçu matçda oynaya bilməyəcək. Bunlar Aryen Robben, Uesli Sneyder və Martins İndidir. Robben zədə, Sneyder və Martins isə cəza səbəbi ilə oyunu buraxmalı olacaqlar.

Qeyd edək ki, bu komandalar arasında Amsterdamda keçirilən ilk matç 1:1 hesabı ilə başa çatmışdı.