Mədət Quliyev penitensiar müəssisədə oldu

4 Sentyabr 2015 14:11 (UTC+04:00)

Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev Şəki penitensiar müəssisəsində olub. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Xidmət rəisi şəxsi heyət və məhkumlarla görüşüb, görülən işlərlə maraqlanıb, həyata keçirilən yeniliklərlə tanış olub, müəssisə rəhbərliyinə müvafiq tapşırıq və tövsiyələrini verib.