Zəlzələ ilə bağlı mətbuat konfransı keçiriləcək

4 Sentyabr 2015 13:24 (UTC+04:00)

Azərbaycanda baş verən güclü zəlzələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi mətbuat konfransı keçirəcək. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 7 sentyabrda AMEA nəzdində AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli bu gün Şəkidə baş verən zəlzələ və zəlzələdən sonra ərazidə aparılan monitorinqin ilkin nəticələrinə dair jurnalistlərin suallarını cavablandıracaq.