Sabah yay havası olacaq

4 Sentyabr 2015 12:56 (UTC+04:00)

Sentyabrın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Yarımadada havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq. Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.