Oğuzda da zəlzələ oldu

4 Sentyabr 2015 12:22 (UTC+04:00)

Oğuz rayonu ərazisində zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələ sentyabrın 4-də saat 09:55- də Şəkidən 23 km cənub-şərqdə Oğuz ərazisində qeyd alınıb. Maqnitudası 3.0 olan, 20 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün səhər Şəki ərazisində 7 bal gücündə zəlzələ olub.