Uorlik: "Dağlıq Qarabağda sülhə nail olmalıyıq"

4 Sentyabr 2015 11:04 (UTC+04:00)

"Ermənistan və Azərbaycan tərəfləri minaatan və ağır texnikadan istifadə edilməsi barədə xəbərlər verirlər. Əgər həqiqətdirsə, bu, çox təhlükəli eskalasiyadır". SİA-nın xəbərinə görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.

"Biz Dağlıq Qarabağda sülhə nail olunması üçün işləməliyik" - deyə, Uorlik qeyd edib.