AFFA-nın prezidenti millini təbrik edib

4 Sentyabr 2015 09:48 (UTC+04:00)

AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizi təbrik edib. SİA-nın məlumatına görə, o, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçirilmiş Azərbaycan - Xorvatiya oyunundan sonra yığmamızın paltardəyişmə otağına gedərək komandanı əzmkar oyun və güclü rəqib qarşısında qazanılmış xal münasibətilə təbrik edib, qarşıdakı oyunlarda futbolçularımıza uğurlar arzulayıb.