49 kiloqramlıq balqabaq...

3 Sentyabr 2015 20:34 (UTC+04:00)

Quba rayonunun Zərqova kənd sakini Nadir Qədimov həyətyanı sahəsində 49 kiloqramlıq balqabaq yetişdirib. Təsərrüfatçı həyətyanı sahəsində şəxsi istifadəsi üçün uzun illər bostan bitkiləri becərsə də, ilk dəfədir bu böyüklükdə balqabaq yetişdirməyə nail olub.

Həmişəki kimi, bu dəfə də adi balqabaq toxumu əkdiyini deyən Nadir Qədimov tağlara qulluq zamanı bitkinin sürətlə böyüdüyünü müşahidə edib. Təsərrüfatçı bostan bitkisinin yetişdirilməsi zamanı heç bir kimyəvi preparatdan istifadə etməyib. Çəkisi 49 kiloqram olan balqabağın çevrəsinin uzunluğu 1,8 metrdir, onu iki adam yerindən çətinliklə qaldıra bilir.

Nadir Qədimov yetişdirdiyi qeyr-adi balqabağı mehriban qonşuları ilə bölüşdürmək niyyətindədir.