Samiraldo müğənnilərimizi keçəl, tatuajlı görmək istəyir VİDEO

3 Sentyabr 2015 18:16 (UTC+04:00)

Yerli sənətçilərin səhnə görünüşlərini bəyənməyən stilist Samiraldo, nəhayət ki, azərbaycanlı müğənniləri necə görməyi arzuladığını bəyan edib. SİA-nın məlumatına görə, qeyri-adi geyimləri və saç düzümləri ilə seçilən stilist müğənnilərimizi keçəl, tatuajlı görmək istəyir.

Hər açıqlaması qalmaqal yaradan Samiraldo Amerikada yaşayan özbək rok-ulduz Nərgiz Zakirovanın Rusiyanın "Голос" layihəsindəki çıxışının videogörüntülərini "Facebook" səhifəsində paylaşaraq belə yazıb: "Baxın, mən istəyirəm bizim müğənnilər də belə olsun, səs, geyim, şou..."