Natiq Məmmədov: "Ölkədə hər il seçki ilə bağlı təkmilləşdirmə işləri aparılır"

3 Sentyabr 2015 17:59 (UTC+04:00)

"Azərbaycanda 5 milyondan artıq seçici var". Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib.

N.Məmmədov bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda keçirilən seçkilər də problemsiz ötüşmür. Onun sözlərin əgörə, seçki elə bir prosesdir ki, burada seçicilərin hamsının hüquqlarının təmin edilməsi asan məsələ deyil.

"2010-cu ildə keçirilən parlament seçkilərində MSK-ya daxil olan şikayətlərin sayı 267, 2013-cü ildə keçirilən prezident seçkilərində isə 19 olub. Bu, isə özlüyündə müsbət haldır. Ölkədə hər il seçki ilə bağlı təkmilləşdirmə işləri aparılır. Seçkidə iştirak edən 5 milyon seçicidən 50-100 nəfəri narazı qala bilər. Buna baxmayaraq biz azlıqda qalan şəxslərin də şikayətlərini və müraciətlərini araşdırmalıyıq. Eyni zamanda, Azərbaycanda keçirilən seçkiləri on minlərlə müşahidəçi izləyir. Bu işlə beynəlxalq təşkilatların müşahidə missiyası da məşğul olur", - deyə, N.Məmmədov vurğulayıb.