“Azərbaycan Avrasiyada nümunəvi ölkədir” AÇIQLAMA

3 Sentyabr 2015 17:23 (UTC+04:00)

"Azərbaycan 2001-ci ildən BMT-nin üzvüdür. Azərbaycana səfərim çərçivəsində multikultural siyasət yürüdüldüyünə görə dövlət rəhbərliyinə öz təşəkkürümü çatdırdım. İlk səfərim olmasına baxmayaraq sizlərlə tanış olduğum üçün çox xoşbəxtəm". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycanda iki günlük rəsmi səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) baş direktoru Uilyam Sing bu gün keçirdiyi mətbuat konfransında deyib.

Uilyam Sing qeyd edib ki, Azərbaycan stabillik və sülhün qorunmasına görə Avrasiyada nümunəvi ölkədir: "Ona görə də, Cənubi Qafqaza ilk səfərimi məhz elə Azərbaycandan başladım. Səfər çərçivəsində həm Prezident İlham Əliyev, həm də digər rəsmi şəxslər tərəfindən olduqca təmtəraqlı qarşılandım".

U.Sing Bakıda keçirilən ilk Avropa Oyunlarının çox yüksək səviyyədə baş tutduğunu da bildirərək qeyd edib ki, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə keçiriləcəyinə ümid edirəm.