Dilənçilərə qarşı əməliyyat 40 nəfər saxlanıldı

3 Sentyabr 2015 11:33 (UTC+04:00)

Bakıda avara və dilənçilik həyat tərzi keçirən 40 nəfərə qarşı tədbirlər görülüb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən məlumata görə, Binəqədi, Nəsimi Rayon Polis İdarələrinin Post Patrul Xidməti Bölükləri və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən müvafiq olaraq, rayon ərazisində avara və dilənçilik həyat tərzi keçirən 8 kişi, 14 qadın və 18 azyaşlı müəyyən olunaraq barəsində müvafiq tədbir görülüb.