"Beşiktaş" azarkeşi Melonun başına silah dayayıb ŞOK İDDİA

3 Sentyabr 2015 11:20 (UTC+04:00)

"Qalatasaray"dan "İnter"ə transfer olan Felipe Melonun Türkiyədən getmək istəməsinin səbəbi məlum olub. SİA-nın məlumatına görə, o, may ayından komandadan ayrılmağa qərar verib. "Təqvim" qəzeti iddia edir ki, futbolçu mayda xanımı və uşaqları ilə "Alkent"dəki evindən çıxarkən "Beşiktaş" azarkeşlərindən biri onu təhdid edib. Melonun başına silah dayayan azarkeş futbolçunun 2014-cü ilin fevral ayında "Beşiktaş" tribunalarına tərəf etdiyi hərəkəti xatırladaraq, "Bir də belə etsən pis olacaq", deyib. Yaşananların ardından Melo Türkiyədən getməyə qərar verib.