Bu xidmətdən vətəndaşlar 36416 dəfə faydalanıb

3 Sentyabr 2015 10:19 (UTC+04:00)

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" elektron xidmətinin avqust üzrə istifadə statistikasını açıqlayıb. Mərkəzdən SİA-ya verilən xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətdən ötən ay vətəndaşlar 36416 dəfə faydalanıb.

Sözügedən e-xidmət vasitəsi ilə işəgötürənlə müqavilə bağladıqdan sonra "Elektron hökumət" portalı üzərindənmüqavilənin qanuniliyi və tərkibini yoxlamaq mümkündür.