Ukrayna millisinin futbolçusu “Barselona”da

3 Sentyabr 2015 03:41 (UTC+04:00)

Kiyev "Dinamo"sunun futbolçusu Andrey Yarmolenko karyerasını "Barselona"da davam etdirəcək. Bu barədə Kataloniyanın "Sport" qəzeti xəbər yayıb. Ukraynalı yarımmüdafiəçi ilə "Arsenal", "Liverpul", Dortmund "Borussiya"sı və digər klublar maraqlanırdı. Lakin futbolçunun özü "Barsa"da oynamağa üstünlük verərək təklifi qəbul etməyib.

Yanvara qədər qadağası olan "Barselona" Yarmolenko üçün "Dinamo"ya 20 milyon avro ödəyəcək. Qış "transfer pəncərəsi" açıldığı andan futbolçu La Liqa nəhənginə keçəcək.

Yarmolenko "Barsa"ya transfer olunacağı halda qışdan sonra Çempionlar Liqasında çıxış edə bilməyəcək. Çünki futbolçu həmin vaxta qədər artıq "Dinamo"nun heyətində qitənin ən nüfuzlu klub turnirində oynayacaq.