Dünya Rusiyaya qarşı birləşəcək

2 Sentyabr 2015 17:24 (UTC+04:00)

Ukrayna dövlət başçısı Petro Poroşenko II Dünya Müharibəsinin bitməsinin 70 illiyinə həsr olunmuş mərasimdə bütün dünyanı Rusiyaya qarşı birləşməyə çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Poroşenko hər fürsətdə Rusiyanın Dombası işğal etdiyini və Ukraynanın müstəqilliyinə qəsd etdiyini vurğulayıb.

Poroşenko bildirib ki, II Dünya Müharibəsində qarşılaşdığımız qanlı dərslərdən nəticə çıxarmalıyıq. O qeyd edib ki, təcavüzkarlara qarşı 70 il öncə olduğu kimi bu gün də tək güc olaraq birləşməliyik.

Poroşenko yekun çıxışını edərkən vurğulayıb ki, xüsusilə II Dünya Müharibəsinin 70 illiyini qeyd etdiyimiz bir mərasimdə döyüşdə həlak olan şəxslərin xatirəsinin yad etdiyimiz bir məqamda azad dünyanın bütün xalqlarını Rusiyaya qarşı birləşməyə çağırırıq.