Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkiqabağı təşviqatla bağlı siyasi partiyalara xəbərdarlıq edib. SİA-nın məlumatına görə, Məzahir Pənahov bildirib ki, Seçki Məcəlləsinə və Təqvim Planına əsasən seçkiqabağı təşviqat oktyabrın 9-da başlanacaq, 31 oktyabr saat 8.00-da dayandırılacaq.
M.Pənahov vurğulayıb ki, siyasi partiyaların Təqvim Planında göstərilən müddətdən əvvəl mətbuatda seçki ilə bağlı təşviqat aparmaq qanuna ziddir: "Bu məsələdə siyasi partiyalar bir qədər həssas olmalıdırlar. Əgər belə bir hal aşkarlanarsa, müvafiq tədbir görüləcək".
İntizarə Məmmədova