Ermənistanda iğtişaşlar yenidən güclənib

2 Sentyabr 2015 16:24 (UTC+04:00)

Ermənistanda elektrik enerjisi qiymətinin qalxması ilə başlayan etiraz aksiyaları yenidən güclənib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aksiyalar paytaxt İrəvanın Baqramyan prospektində baş verir. Etirazçılar elektrik enerjisinin qiymətinin yenidən aşağı salınmasını tələb edirlər. Aksiya "oğurluğa etiraz" şüarı ilə davam edir.

Polis etirazçıların qarşısını su ilə almağa çalışır. Hazırda 6 nəfərin həbs olduğu bildirilib.

Qeyd edək ki, Ermənistanın Kommunal Xidmətlər Komissiyası elektrik qiymətlərinin 17 faiz artırılması haqda qərar qəbul etmişdi. Daha sonra hökumət qərarın araşdırılacağı və yenidən baxılacağını bildirmişdi. Lakin ölkə rəhbərliyindən verilən bu bəyanat etirazçıları dayandıra bilməyib.