“Türkiyə” - “Latviya” matçı əlamətdar ola bilər

2 Sentyabr 2015 15:23 (UTC+04:00)

"Avro-2016"nın seçmə mərhələsində baş tutacaq "Türkiyə" - "Latviya" matçı meydan sahibləri üçün əlamətdar hadisə ilə yadda qala bilər. SİA-nın məlumatına görə, "ağ-qırmızılar" bu oyunda ən az 1 qol vurarlarsa, bu, "Türkiyə" millisinin tarix ərzində 700-cü qolu olacaq. Millinin bundan əvvəl 600-cü qolunu Arda Turan vurub.

Qeyd edək ki, 92 illik tarixə malik "Türkiyə" millisi 526 oyun keçirib və rəqib qaplarına 699 dəfə yol tapıb.