Daha bir cəbhəçi gənc AXCP-dən imtina etdi AÇIQLAMA

2 Sentyabr 2015 15:12 (UTC+04:00)

"Partiyada baş verənlər AXCP-nin hər bir gənc üzvü kimi məni də narahat etməyə bilməzdi. Son zamanlar özbaşnalıq elə bir həddə çatıb ki, bunu dillə demək çətindir". Bu fikirləri SİA-ya açıqlamasında AXCP-nin Sabunçu rayon təşkilatından istefa verən Namiq Alnağızadə deyib.

Namiq Alnağızadə partiyadan istefa vermə səbəbini ilk öncə gənclərə qarşı edilən haqsızlıqlarla əlaqələndirib. O qeyd edib ki, bu gün dostlarıma qarşı edilən haqsızlıq sabah mənə də ediləcək: "Əli Kərimli bu vaxta qədər bizi öz pis əməllərinə alət edib. Bundan sonra onunla bir yolda addımlamağa dəyməz. Çünki onun yarıtmaz siyasətini artıq hamımız gördük. Ona görə də ətrafında bir nəfər də qalmayacaq. İndi yanında olan iki-üç nəfər də hansısa şəxsi maraqları naminə ordadılar".

İntizarə Məmmədova