“Çelsi” “Ridinq”in futbolçusunu aldı və özünə icarəyə verdi

2 Sentyabr 2015 12:18 (UTC+04:00)

İngiltərənin "Çelsi" klubu daha bir futbolçunun keçidini rəsmləşdirib. SİA-nın məlumatına görə, "zadəganlar" "Ridinq" klubunun müdafiəçisi Hektor ilə razılığa gəlib. Futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Çelsi" yamaykalı futbolçunu yenidən mövsüm sonunadək icarə əsasında "Ridinq" klubuna geri qaytarıb.

Qeyd edək ki, Hektor Yamayka millisinin heyətində 3 matça çıxıb.