15 ha biçilmiş sahə yanıb

2 Sentyabr 2015 12:02 (UTC+04:00)

Qusarda 15 hektar (ha) biçilmiş sahə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qusar rayonu, Gündüzqala kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi və quru ot yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.