Lənkəranda Parlament seçkiləri ilə bağlı layihəyə start verilib

2 Sentyabr 2015 11:01 (UTC+04:00)

"Maarifpərvərlik" Azərbaycan Gənclərinin İctimai Yardım Assosasiyası (MAGİYA) ictimai birliyi Lənkəranda "Parlament seçkilərində gənc seçicilərin məlumatlılığının və iştirakçılığının artırılması" adlı yeni layihənin icrasına başlayıb. SİA-nın Cənub bürosunun məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə sentyabrın 1-dən noyabrın 30-dək müddəti əhatə edəcək.

Milli Məclisə seçkilərin keçirilməsi mövzusunda gənclərin maarifləndirilməsi və məlumatlandırılması məqsədi daşıyan layihə çərçivəsində respublika üzrə 18-29 yaş arası 25 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda 09-11 oktyabr tarixlərində 3 günlük təlim kursları keçiriləcək.

Bununla yanaşı, layihə çərçivəsində həyata keçirilən tədbirin nəticə və yekunu barədə noyabrın 7-də Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulub.

Sərraf Mirsəfəroğlu