Şahmat üzrə Dünya Kuboku-2015 PROMO

2 Sentyabr 2015 10:05 (UTC+04:00)

Azərbaycan paytaxtı Bakı növbəti mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır. SİA-nın məlumatına görə, sentyabrın 10-da Bakıda Ümumdünya Şahmat Federasiyasının (FİDE) ən vacib yarışlarından biri olan Dünya Kubokuna start veriləcək. Oktyabrın 5-dək davam edəcək turnir "Fairmont" otelində keçiriləcək. 45 ölkədən 128 şahmatçının iştirak edəcəyi yarışın finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Təşkilatçılar tərəfindən hazırlanan promo videonu sizə təqdim edirik: