Avrozonada işsizlik son üç ildə ən aşağı səviyyəyə enib

2 Sentyabr 2015 05:24 (UTC+04:00)

Avrozonada işsizlik son üç ildə ən aşağı səviyyəyə - 10,9 faizə enib. BBC xəbər verir ki, ekspertlər işsizliyin səviyyəsinin 9,5 faizədək düşəcəyini proqnozlaşdırırlar. İşsizlik ən az Almaniyada (4,7 faiz), ən çox isə Yunanıstandadır (25 faiz).