“Qarabağ”da isveçli hücumçu

1 Sentyabr 2015 23:31 (UTC+04:00)

Ağdamın "Qarabağ" futbol klubu Kuba əsilli isveçli mərkəz hücumçusu Samuel Armenteros ilə müqavilə imzalayıb. S.Armenteros Belçikanın "Anderlext" klubunun futbolçusu olsa da, son mövsümü (2014-2015-ci illər) icarə əsasında Hollandiyanın "Villem II" komandasında keçirib. İyirmi beş yaşlı futbolçu 2013-2014-cü il mövsümündə Hollandiya çempionatında icarə əsasında "Feyenoord"un şərəfini qoruyub. S.Armenterosun "Anderlext"dən əvvəlki dövrdə karyerası da məhz Hollandiya ilə bağlıdır. O, 2008-2009-cu il mövsümünü "Herenven"də, 2009-cu ildən 2013-cü ilədək isə "Herakles"də çıxış edib.

Fərdi ustalığı ilə seçilən oyunçu İsveçin U-17, U-19 və U-21 yığmalarında da oynayıb.