Timuçin Əfəndiyev Prezidentin fəxri diplomu ilə mükafatlandırıldı

1 Sentyabr 2015 19:16 (UTC+04:00)

Dövlət başçısı İlham Əliyev Timuçin İlyas oğlu Əfəndiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

Sərəncam imzalayıb. Sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Timuçin İlyas oğlu Əfəndiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin".