Fikrət Qoca “Şərəf” ordeni ilə təltif edildi

1 Sentyabr 2015 19:08 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Fikrət Qocanın mükafatlandırılması ilə bağlı Sərəncam imzalayıb. Rəsmi sənədə görə, Prezident Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb:

Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) "Şərəf" ordeni ilə təltif edilsin.