DİN-in qəza ilə bağlı MƏLUMATI

1 Sentyabr 2015 13:38 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 1-də saat 01 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Elman Ağayevin idarə etdiyi, həmyerlisi Pərviz Hadıyevə məxsus "Priora" və Sabirabad rayon sakini Ağaqulu Abasovun idarə etdiyi "Man" markalı avtomobillər toqquşub. Nəticədə E.Ağayev və sərnişinlərindən Rövşən Quliyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

P.Hadıyev 14-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək "Priora" markalı avtomobilinin qaçırıldığını bildirib.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.