Təlimlərə döyüş helikopterləri də qoşulub FOTOLAR

1 Sentyabr 2015 11:26 (UTC+04:00)

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2015" birgə taktiki təlimləri bu gün də davam edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, eləcə də Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.
Təlimlərin ssenarisinə əsasən helikopterlər uçuşlar keçirməklə Hava Hücumundan Müdafiə bölmələrinə qarşı radiomaneələrin tətbiqi və helikopterlərin bort müdafiə komplekslərinin yoxlanılması üzrə verilən tapşırıqları icra ediblər.