Hərbçilərimiz dil öyrənəcəklər

1 Sentyabr 2015 10:35 (UTC+04:00)

Silahlı Qüvvələrimizin nümayəndələri 5 aylıq xarici dil kursunda iştirak edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sentyabrın 2-dən 2016-cı ilin yanvarın 29-dək Polşanın paytaxtı Varşava şəhərində hərbçilər üçün ingilis dili kursu keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.