Azərbaycan - Xorvatiya oyunu fransızlara tapşırıldı

1 Sentyabr 2015 01:18 (UTC+04:00)

AVRO-2016-nın seçmə mərhələsində sentyabrın 3-də keçiriləcək Azərbaycan - Xorvatiya matçının hakimləri müəyyənləşib. Oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Ruddi Buket olacaq. Ona həmyerliləri Qiyom Debart və Kiril Qrinqor köməklik edəcək. Filip Janna isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

"Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya oyunu saat 21:00-da başlayacaq.