"Human Rights House"nin əsassız qərəzi və ya məntiqsizlik

31 Avqust 2015 18:31 (UTC+04:00)

Seçkilər yaxınlaşdıqca, bu mövzu ətrafında yavaş-yavaş mülahizələr də çoxalmaqdadır. Hətta daim ölkəmizə qarşı qərəzli çıxışları ilə yadda qalan mister və serlər də burunlarını ölkəmizin daxili işlərinə dürtməyə başlayıblar. Məsələn, "Human Rights House" adlı qərəzli təşkilatın rəhbəri, özünü "ağıllı-kamallı" hüquq müdafiəçisi hesab edən Florian İrminger Azərbaycanda baş tutacaq seçkilərlə bağlı müsahibəsində çox anlaşılmaz, heç bir məntiqə sığışmayan, düşüncə tərzi bəlli olmayan fikirlər səsləndirib. Məsələn, "ağıllı-kamallı" hüquq müdafiəçisinin sözlərinə görə, "əgər Avropa Parlamenti, ATƏT, Avropa Şurası və ya BMT hökumətin yaratdığı şəraitdən razıdırlarsa, belə bir vəziyyət məqbul sayıla bilməz..." (?-R.) Bu adam iddia edir ki, əgər Azərbaycanda seçkilərin favoriti, alternativsiz lideri varsa, demək, seçkilər "saxtalaşdırılıb". Əslində, belə təşkilatların ucuz qərəzləri cəmiyyət tərəfindən dəstəklənmir. Ancaq buna rəğmən, onların əsassızlıqları bir daha onların üzlərinə vurulmalıdır.

Demək, bunların özləri öz prinsiplərinə qarşı çıxırlar

Bu fərd seçkilər haqqında tamamilə zidd fikirlər səsləndirərək, bütövlükdə müxalifət yetkililərindən fərqli olmayan ifadələr işlədib.

Deməli, belə çıxır ki, BMT, Avopa Parlamenti, ATƏT, Avropa Şurası "fuflodu", yəni heç nəyə qadir olan təşkilatlar deyil, yalnız əsas Azərbaycandakı bir-iki siyasiləşmiş və onun-bunun cibinə görə, QHT-nin və bir neçə xarici təşkilatın rəyidir. Elə bil Qərb ölkələrində "ən şanslı namizəd", seçkinin "favoriti", "lideri" anlayışı yoxdur. Demək, bunların özləri öz prinsiplərinə qarşı çıxırlar. Yəni Qərb ölkələrində favorit olmaq olar, burada olmaz. Bax, elə məntiqsizlik də budur!

Əgər vətəndaş cəmiyyəti institutları, beyin mərkəzləri, sadə insanlar hansısa namizədi ən şanslı hesab edirlərsə və bunu açıq-açığına bildirirlərsə, burada "qeyri-demokratik" kimi yozula biləcək nə var axı?

"Human Rights House" və onun kimi bəzi təşkilatlar müəyyən dairələrin siyasi-iqtisadi maraqlarının daşıyıcılarıdırlar. Buna görə də onların əsassız rəyləri, qondarma proqnozları, lüzumsuz iddiaları reallıqdan uzaq və kifayət qədər də qərəzlidir.