Nağıllar aləminə səyahət

29 Avqust 2015 10:38 (UTC+04:00)

Tərtər rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) uşaq şöbəsində "Nağıl otağı"nın açılışı olub. SİA-nın məlumatına görə, tədbirdə 1 nömrəli uşaq bağçasının uşaqları iştirak ediblər.

MKS-nin direktoru Ulduzə Qurbanova iştirakçıları salamlayaraq körpələrin yaradılan nağıllar aləmində xoş anlar keçirmələrini arzulayıb.

Uşaqlar otaqla tanış olduqdan sonra ömrünün çoxunu kitabxanaya həsr edən Cəmilə nənə körpələrə "Göyçək Fatma" və "Tıq-tıq xanım" nağıllarını danışıb.