Avqustun 27-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Qaradağ-Duvannı" qaz kəmərində və Qazax magistral qaz kəmərləri sahəsinin "Samux" (Nəbiağalı), ''Zazalı'' və ''Ağasıbəyli'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. SİA-nın xəbərinə görə, təmir müddətində Samux rayonunun Nəbiağalı, Zazalı və Ağasıbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qaradağ rayonu Sahil qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.