Balotelli geri döndü

27 Avqust 2015 03:24 (UTC+04:00)

İtaliyanın "Milan" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Milan təmsilçisi İngiltərənin "Liverpul" klubunun hücumçusu Mario Balotellini heyətinə qatıb. 25 yaşlı hücumçu artıq İtaliyadadı və sabah tibbi müayinədən keçəcək. O, 1 il ərzində İtaliya nəhənginin heyətində icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, M.Balotelli ötən mövsüm "Milan"dan "Liverpul"a transfer olunub.