Ətli qadınların dəb yarışı FOTOLAR

25 Avqust 2015 10:00 (UTC+04:00)

Bir az kök olmaq dəbli geyimlərdən imtina etmək üçün əsas ola bilməz. Diqqət mərkəzində olan dünya ulduzları sübut edirlər ki, balıq ətli bədən quruluşuna sahib olan qadınlar 90-60-90 standartlı qadınlardan daha cazibədar hesab edilirlər.
Əlbəttə ki, belə qadınlar geyim seçərkən diqqətli olmaldırlar ki, qüsurları onların cazibədarlığına kölgə salmasın. Dünya ulduzları bu işin öhdəsindən məharətlə gəlirlər. SİA balıq ətli qadınların siyahısını təqdim edir:

Dünyanın ən çox qazanan 2-ci aktrisası 44 yaşlı Melissa Makkarti qırmızı xalıda və gündəlik həyatda olduqca şıqdır. Onun sirri birrəngli, yığcam, ciddi biçimli geyimlərə üstünlük verməsidir.
Kuin Latifa da Melissa Makkarti kimi sadə biçimli libaslara üstünlük verir, lakin o parlaq rəngləri qarayanız dərisi ilə kombinə etməyi əla bacarır. Bundan başqa, Kuin şalvar kostyumları sevir ki, bu da vizual olaraq onun bədən quruluşunu daha uzun görünür.
Kristina Hendriksin bədən quruluşu qum saatını xatırladır. Ona görə də, o, bədənə yapışan, dar siluetlərə üstünlük verir, futlyar-donları bəyənir.
Opra Uinfri də rəngləri sevir. Qaradərili teleulduz daha açıq, parlaq rəngli libaslar geyinməyi sevir.
Ağbənizli Adel qara rəngli qısa libasları sevir. Eyni zamanda, müxtəlif naxışlara qarderobunda yer açmaqdan çəkinmir.
Oktaviya Spenser rənglərlə eksperimentləri ilə tanınır. Lakin naxışlarla çox ehtiyatlı davrandığını da etiraf edir.
Rebel Uilson qırmızı xalıda yarımşəffaf libaslar geyinməyi xoşlayır. Lakin bu zaman artıq heç nəyin görünməməsinə də diqqət edir.
Model Katya Jarkova geyinməyə peşəkar yanaşır. O, boş, bədənə yapışmayan geyimlərə, köynəklərə, qələm ətəklərə üstünlük verir.
Keyt Uinslet stilistlərlə işləməyə üstünlük verir. O, həmişə geyimi ilə göz oxşayır. Don-futlyor, birrəngli ziyafət libasları onun bədən quruluşunu daha gözəl göstərir.
Bet Ditto hesab edir ki, dolu bədənli qadınlar eksperimentlərdən çəkinməməlidir. Dolu bədən quruluşuna baxmayaraq, o dəfələrlə Jan-Pol Qotyenin moda nümayişlərində iştirak edib.

Balıq ətli qadınların dəb yarışı – Fotolar
Balıq ətli qadınların dəb yarışı – Fotolar
Balıq ətli qadınların dəb yarışı – Fotolar
Balıq ətli qadınların dəb yarışı – Fotolar
Balıq ətli qadınların dəb yarışı – Fotolar
Balıq ətli qadınların dəb yarışı – Fotolar
Balıq ətli qadınların dəb yarışı – Fotolar
Balıq ətli qadınların dəb yarışı – Fotolar
Balıq ətli qadınların dəb yarışı – Fotolar