Aktyor yeni serialda

23 Avqust 2015 14:42 (UTC+04:00)

Aktyor Çağatay Ulusoy "Delibal" filminin çəkilişlərinə başlayıb. SIA-nın verdiyi məlumata görə, aktrisa Leyla Lidia Tuğutla ilə baş rolları paylaşdığı aktyor filmdə tələbə musiqiçi Barışı canlandırır. O, obrazı üçün bədəninin müxtəlif yerlərinə 11 xüsusi döymə etdirib. Ssenari müəllifi Yıldırım Türkerə aid olan film noyabrda təqdim olunacaq. Digər tərəfdən, Çağatayın "Kösem Sultan" serialında Gənc Osmanı canlandıracağı haqda şayiələr hələ də gündəmdədir.