YAP Neftçala rayon təşkilatı seçkilərə hazırlaşır

22 Avqust 2015 15:48 (UTC+04:00)

YAP Neftçala rayon təşkilatının Seçki Qərargahının iclası keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Seçki Qərərgahının iclasında 13 nəfər qərargah üzvü, 10 nəfər imza toplayan fəal iştirak edib. Seçkilərə hazırlıq və imza toplanılma prosesi müzakirə edilib.

Məlumat üçün bildiririk ki, YAP Neftçala rayon təşkilatının 4305 nəfər üzvü, 54 ilk partiya təşkilatı sıralarında siyasi fəaliyyət göstəririlər. Neftçala rayonun ərazisində 2 Dairə seçki komissiyası yerləşir. 61 saylı Neftçala Dairə Seçki Komissiyası 40874 nəfər seçicini , 41 məntəqə seçki komissiyasını, 60 saylı Salyan-Neftçala Seçki Dairəsini isə Neftcala rayonunun ərazisində 4 məntəə seçki komissiyası olmaqla 4 məntəqədə 4764 nəfər secicini əhatə edir.

İqbal Mikayılov