Rusiyalı elm adamları xərçəng hüceyrələrini ağıllı telefon vasitəsilə təsbit etmək üsullarını inkişaf etdirib. SİA-nın "Ria Novosti"-yə istinadən verdiyi xəbərə görə, Moskva Fizika və Texnologiya İnstitutunun bir qrup elm adamı xərçəng şişlərini digər üsullardan daha tez təsbit edəcək nanomexaniki sensor ixtira edib. Bu ixtira vasitəsilə xərçəng hüceyrələri hansı mərhələdə olursa olsun yüksək həssas sensor vasitəsilə təsbit oluna biləcək. Sensorun istənilən cihaza yerləşdirmək mümkün olacaq.
Rusiyanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu sensor xərçəngli hüceyrələri digər vasitələrdən daha sürətli şəkildə təsbit edəcək. Bu sensor telefon kimi daşına bilən vasitələrdə də istifadə ediləcək.