“Nyukasl” yeni transferini gerçəkləşdirib

20 Avqust 2015 15:27 (UTC+04:00)

İngiltərənin "Nyukasl" klubu növbəti transferini gerçəkləşdirib. SİA-nın məlumatına görə, sözügedən klub "Marsel"də forma geyinən Florian Tauvini heyətinə qatıb. "Nyukasl" bu trasnfer üçün qarşı tərəfə 12 milyon avro ödəyib. Bundan başqa, ingilislər yarımmüdafiəçi Remi Kabellanı mövsüm sonuna qədər icarə əsasında "Marsel" klubuna göndərib.